Polşanın 100 min avroluq verbovkası baş tutmadı: Belarus nota verdi

11.12.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkilinə rəsmi nota təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Belta” nəşri məlumat yayıb.

Məlumata görə, Belarus Xarici İşlər Nazirliyi Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Kşiştof Ojanneyə rəsmi nota verib.

Daha öncə Belarus tərəfi bildirib ki, Polşa xüsusi xidmət orqanları 100 min avro qarşılığında  Moldovadakı Belarus diplomatını “verbovka” etməyə cəhd göstərib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью