Polşanın BMT dəki daimi nümayəndəsi ölkədəki siyasi böhran fonunda istefa verib

02.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski səlahiyyət müddətinin vaxtından əvvəl başa çatmasını xahiş edib.

Bu barədə Polşa XİN-in mətbuat katibi Makey Vevyur bildirib.

Polşa XİN rəhbəri Kşiştof Şerskinin xahişini yerinə yetirib.

Bu ay onun missiyası başa çatacaq.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalının rəhbərliyi ətrafında yaranmış böhran oktyabrın 30-da qarşıdurmaya çevrilib. Tribunalın sədri Boqdan Şvençkovskinin səlahiyyətlərinin dayandırılmasından sonra bina qarşısında etirazlar keçirilib.

Prezident Karol Navrotski isə baş verənləri konstitusion qurumun zorla ələ keçirilməsi kimi qiymətləndirərək təcili siyasi məsləhətləşmələrə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью