Polşanın ərazisi 68 hektar azaldı

29.07.2025

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşanın ərazisi 68 hektar azalıb. Bu, 2022-ci ildən bəri ilk dəfə baş verib.

Doğru.az xəbər verir ki, bu barədə “Gazeta.pl” nəşri Polşanın Baş Statistika İdarəsinə (GUS) istinadla məlumat yayıb.

Dəyişikliyin 11 voyevodalığa təsir etdiyi bildirilib. Ən böyük azalma Qərbi Pomeraniya Voyevodalığında qeydə alınıb – 35 hektar.

Məlumata görə, ərazi azalması sahil zonalarının sərhədlərinin faktiki dəniz xəttinə uyğunlaşdırılması məqsədilə həyata keçirilib.

Xatırladaq ki, bundan əvvəl Polşanın Belarusla sərhəddə elektron şlaqbaumun tikintisini başa çatdırdığı açıqlanmışdı.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью