Статья не опубликована
Polşanın hərbi büdcəsi rekord həddə: | Icma.az

Polşanın hərbi büdcəsi rekord həddə:

05.02.2025

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib ki, Polşanın NATO müttəfiqləri arasında rekord müdafiə xərcləri Rusiya təhlükəsinə qarşı durmaq istəyi ilə bağlıdır.

AzNews.az bu bu barədə “Politico” jurnalına istinadən xəbər verir .

Nəşr nazirin sözlərini sitat gətirir: “Polşa iki səbəbə görə hərbi xərclərə görə NATO-da liderdir: Amerikanı yaxın, Rusiyanı isə məsafədə saxlamaq niyyətindəyik.

"Politico" qeyd edir ki, cari 2025-ci ildə Varşava milli ÜDM-in 4,7 faizindən çoxunu müdafiəyə xərcləmək niyyətindədir, NATO üzvləri isə 2 faiz xərcləməlidir. Məqalədə deyilir:

"Bu məbləğin böyük hissəsi Polşa silahlı qüvvələrinin modernləşdirilməsi və genişləndirilməsi üçün yeni silahlara yönəldilib. Kosiniyak-Kamış qeyd edir ki, ölkəsi Amerika silahlarına 55-60 milyard dollar xərcləyib".

Polşa prezidenti Anjey Duda daha əvvəl demişdi ki, Rusiya lideri Vladimir Putinin Ukrayna və onun müttəfiqləri ilə danışıqlar masası arxasına əyləşməsini təmin etmək lazımdır.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью