Polşanın müdafiə naziri Kiyevə ultimatum verib

27.08.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ukraynanın Avropa İttifaqına daxil olması mümkün deyil.
Reyting.az
“Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan edib.
“Mən dedim ki, Ukrayna Volın qırğını, Volında soyqırımı məsələsini həll etməsə, eksqumasiya aparmasalar və qurbanların xatirəsini əbədiləşdirməsələr, onun Avropa İttifaqına daxil olmaq şansı yoxdur”, - Kosiniyak-Kamış bildirib.
Yeri gəlmişkən, Volın qırğınının şərhi və OUN-UPA dövründən Ukrayna millətçilərinin liderlərinə münasibət Polşa ilə Ukrayna arasında münasibətlərdə ən çətin məsələlərdən biri olaraq qalır.
ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью