Polşanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılıb

11.09.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi özünün “X” sosial media hesabında məlumat yayıb.

“Varşavanın tələbi əsasında Polşanın hava məkanının pozulması ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək”, - deyə vurğulanıb.

Qeyd edək ki, Rusiya sentyabrın 10-na keçən gecə dronlarla Polşa ərazisinə hücum həyata keçirib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью