Icma.az bildirir, Bakupost portalına istinadən.
Varşava Rusiyaya qarşı hərbi əməliyyatlara başlamaq qərarına gələrsə, Polşa bir dövlət kimi bir neçə gün ərzində mövcudluğunu itirəcək.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev deyib.
"Əgər Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, ölkəmiz bütün qüvvə və resurs arsenalından istifadə edəcək və Polşa dövlətçiliyi iki-üç gün ərzində mövcudluğunu dayandıracaq", - deyə o, aif.ru saytına verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Polşa xarici işlər naziri Radoslav Sikorskinin ölkənin Rusiya üzərində hərbi üstünlüyünə malik olması barədə açıqlaması tamamilə diletant səslənir:
“Polşalı nazir başa düşmür ki, Rusiya ordusu xüsusi hərbi əməliyyat zamanı bütün arsenalından istifadə etmir”.
Rüfət Sultan,
BakuPost