Polyak nazir: “Ruslarla döyüşmək üçün bizə ABŞ lazım deyil”

25.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşava və Moskva arasındakı tarixi ziddiyyətlərə və mümkün hərbi münaqişə ssenarilərinə toxunaraq diqqətçəkən bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, polşalı diplomat ölkəsinin müdafiə əzmini və Rusiya ilə münasibətlərin tarixi köklərini xatırladıb:

"Polyaklar ABŞ-ın olmadığı dövrlərdən Rusiyaya qarşı vuruşurlar və hücum olarsa, geri çəkilmək fikrində deyillər. Əgər bizə hücum etsələr, biz təslim olmayacağıq. Bir şeyi xatırlatmaq istəyirəm ki, Rusiyanın Milli Birlik Günü 1612-ci ildə Polşa-Litva qoşunlarının Moskvadan qovulması ilə bağlı olan gündür. Yəni biz tarixi rəqibik və bu dəyişməzdir". pizza mizza

Sikorskinin bu sərt bəyanatı Polşanın NATO-nun şərq cinahında təhlükəsizlik tədbirlərini artırdığı və regional gərginliyin yüksəldiyi bir vaxtda beynəlxalq mətbuatın diqqət mərkəzinə düşüb. 

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью