Polyak ultrasağçısı trans qadına olan sevgisinə görə siyasətdən getdi (FOTO) | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşanın ultrasağçı "Konfederacja” partiyasının keçmiş üzvü Davıd Şostak model ilə münasibətinə görə siyasətdən getdiyini açıqlayıb.
Model Mişalina Manios yetkinlik yaşına çatana qədər oğlan kimi yaşayıb.
Qaynarinfo RMF24-ə istinadla xəbər verir ki, Mişalina Manios "The Voice of Poland” və "Top Model” şoularında iştirakından sonra tanınıb, hətta "Top Model”də üçüncü yer tutub.
O, həmçinin bir sıra reklam kampaniyalarında da iştirak edib. Daha sonra qadın ictimai həyatdan uzaqlaşaraq təhsilinə fokuslanıb.
Cütlük arasındakı roman haqda məlumatı "Gazeta Wyborczaya” verdikləri müsahibədə təsdiqləyib.
Şostakın sözlərinə görə, onları yaxınlaşdıran "emosionallıq, dərin söhbətlər və ortaq dəyərlər” olub.
Manios isə əlavə edib ki, onların hekayəsi internet tanışlığından başlayıb və zamanla həqiqi münasibətə çevrilib.
Tam oxu
Xəbəri oxu