Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
“Almaniya hökuməti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində terror aktları ilə bağlı həqiqəti gizlətməyə çalışmamalıdır”.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, belə bir çağırışı Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının iclasında edib.
Polyanski Rusiya adından Almaniya hakimiyyətini “məxfilik pərdəsi arxasında həqiqəti gizlətməyə çalışmamağa, həqiqi əməkdaşlığa sadiqlik nümayiş etdirməyə və ixtiyarında olan bütün məlumatları təqdim etməyə” çağırıb.
E. KAMAL