Polyanski: “Tramp Moskvaya qarşı sanksiyaları təxirə salıb”

03.05.2025

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Düşünürəm ki, onlar bu sanksiya alətini hələlik ikinci plana atıblar”

ABŞ Prezidenti Donald Tramp Moskvaya qarşı sanksiyaların təsirsiz bir alətə çevrildiyi üçün tətbiqini təxirə salıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski “RİA Novosti” ilə söhbətində Vaşinqtonun yeni sanksiya təzyiqi dalğasının mümkünlüyündən danışarkən deyib.

"Bəli, düşünürəm ki, onlar bu sanksiya alətini hələlik ikinci plana atıblar. Sanksiya üçün nəsə əsas tapmaq çox çətindir", - diplomat bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью