Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin sentyabr ayı ərzində Azərbaycandan Rusiyaya ümumi dəyəri 120,7 min dollar olan 119,03 ton pomidor ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Rusiyay ixrac olunan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1 dollar (1,7 manat) olub.
Məlumat üçün qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın daxili bazarında 1 kiloqram istixana pomidorunun orta pərakəndə satış qiyməti 2 manat olub.
Elnur Əli