Pomidor idxalına qadağa qoyuldu

23.06.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Qazaxıstan pomidor idxalına qadağa tətbiq edib.
Newscenter.az xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yeni bir əmr verib.
22 iyun tarixli sənəd ölkəyə pomidor idxalını 30 iyun tarixinə qədər qadağan edir. Lakin qadağa AİB üzv dövlətlərinə şamil edilməyəcək.
"AİB üzv dövlətlərindən idxal edilən pomidorlar istisna olmaqla, üçüncü ölkələrdən Qazaxıstana bütün nəqliyyat növləri ilə təzə və ya soyudulmuş pomidorların idxalı, pomidorların Qazaxıstan ərazisindən tranzit daşınması və onların bir AİB üzv dövlətindən Qazaxıstan ərazisindən digər AİB üzv dövlətinə daşınması 30 iyun 2026-cı il tarixinə qədər qadağandır", - deyə əmrdə deyilir.
Nazirlik əvvəllər üçüncü ölkələrdən və AİB üzv dövlətlərindən buğda idxalını qadağan etmək niyyətində olduğunu açıqlamışdı. Qadağa müddəti altı aydır.
Aygün
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью