Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pomidor şirəsi, pomidorlardan hazırlanan, möhkəmləndirici və sərinləndirici içki sayılır.
Tərkibində olan xeyirli maddələr orqanizmə müsbət təsir göstərir.
Fitonsidlər - bağırsaqda olan qıcqırma prosesini sakitləşdirir, kaliy - ürəyin işini yaxşılaşdırır, orqanik turşular isə maddələr mübadiləsini tənzimləyir.
Tərkibinə C, B vitaminləri, karotin olan bu məhsulu hamiya tövsiyə etmək olar.
O, ürək - damar sistemi xəstəliklərinə müsbət təsir göstərir və qəbizliyin aradan qaldırılmasına kömək edir.
Azkalorili olduğu üçün artıq çəkili insanlara da icazə verilir.
2 stəkan pomidor şirəsi, orqanizm üçün C və A vitaminlərinə olan gündəlik tələbatı ödəyir.