Pomidor souslu badımcan resepti

16.08.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Klassik badımcan yeməklərindən fərqli alternativ axtaranlar üçün ideal olan bu resept xüsusilə axşam süfrələrinə çox yaraşır. 

Milli.Az pomidor suoslu badımcan resepti
Tərkibi:

Badımcan üçün:

2 ədəd badımcan

Un

2 ədəd yumurta

Suxari

Qızartmaq üçün günəbaxan yağı

Duz

Pomidor sousu üçün:

2-3 yemək qaşığı zeytun yağı

1 ədəd kiçik soğan

2-3 diş sarımsaq

3 ədəd sürtgəcdən keçirilmiş pomidor

Duz

İstiot

1 çay qaşığı şəkər tozu

1/4 stəkan su

Servis üçün:

Mozzarella pendiri

5-6 yarpaq təzə reyhan

Sürtgəcdən keçirilmiş parmesan və ya holland pendiri

Hazırlanması:
Badımcanları yarım santimetr qalınlığında halqa şəklində doğrayın.

Übərlərinə duz səpib acı suyunu buraxmaları üçün gözlədin.

Badımcanların suyunu kağız dəsmal ilə yaxşıca qurulayın.

Badımcan dilimlərini sırası ilə un, çırpılmış yumurta və suxariyə bulayın.

Tavada günəbaxan yağını qızdırın.

Badımcanları hər iki tərəfi qızarana qədər bişirin.

Artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə yığın.

Pomidor sousu üçün zeytun yağını tavaya tökün.

Doğranmış soğan və sarımsaqları əlavə edib yumşalana qədər qovurun.

Sürtgəcdən keçirilmiş pomidorları, duzu, istiotu və şəkər tozunu əlavə edin.

Sousu zəif odda qatılaşana qədər bişirin. Lazım gələrsə, su əlavə edin.

Servis boşqabına bir qat badımcan, üzərinə mozzarella və reyhan qoyun.

Eyni əməliyyatı üç qat olacaq şəkildə təkrarlayın.

Hazırladığınız pomidor sousunu badımcanların üzərinə gəzdirin.

Üzərinə sürtgəcdən keçirilmiş parmesan və ya köhnə kaşar səpib reyhanla servis edin.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью