Pomidoru soyuducuda saxlamaq dadını dəyişirmiş

05.05.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Mətbəxdə hər kəsin etdiyi bu vərdiş əslində böyük səhv imiş. Pomidorları soyuducuda saxlamaq onun dadını və təbii tərkibini tamamilə məhv edir.
Demokrat.az xəbər verir ki, elm adamları bununla bağlı ciddi xəbərdarlıq ediblər. Aparılan araşdırmalar göstərir ki, aşağı temperatur pomidorun yalnız dadına təsir etmir, həm də onun genetik quruluşunu dəyişdirir. Pomidoru 12 dərəcədən aşağı temperaturda saxlamaq meyvənin genetik mexanizmini sıradan çıxarır.
Alimlərin fikrincə, pomidor soyuducuya qoyulduqda "soyuq stresi" yaşayır. Bu zaman meyvəyə xüsusi ətir və dad verən uçucu birləşmələrin istehsalı dayanır. Soyuq hava dad yaradan genlərin bir hissəsini birdəfəlik "susdurur".
Çox vaxt insanlar soyuducudan çıxarılan pomidorun otaq temperaturunda gözlədikdə dadının qayıdacağını düşünürlər. Lakin tədqiqatlar bunun əksini sübut edir. Soyuq mühitdə uzun müddət qalan pomidorlar
əvvəlki ətrini heç vaxt bərpa edə bilmir. Genetik kodların pozulması nəticəsində məhsulun dadı sıradan və dadsız bir hala gəlir.
Mütəxəssislər pomidorun təravətini qorumaq üçün onu otaq temperaturunda saxlamağı məsləhət görürlər. Mətbəxin sərin və birbaşa günəş işığı düşməyən yerində saxlamaq ən doğru üsuldur. Həmçinin pomidorları saplağı yuxarı qalacaq şəkildə düzmək lazımdır. Bu, meyvənin əzilməsinin qarşısını alır və onun daha uzun müddət qalmasını təmin edir.
Aytən
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью