Pompeo və Heyli Tramp administrasiyasında təmsil olunmayacaq | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiyanın ABŞ və Avropa ölkələri ilə hətta uzaq tərəfdaş olacağını düşünmək ağılsızlıqdır..." ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün birinci administrasiyasından iki yüksək vəzifəli şəxslərin-sabiq Dövlət katibi Mayk Pompeo və ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heylinin təkrar təyin edilməsi imkanını istisna edib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
"Mənim üçün bu şəxslərlə əvvəllər işləmək çox xoş olub və mən onlara ölkəmizə xidmətə görə minnətdaram", - Tramp özünün "Truth Sosial" şəbəkəsində yazıb.
Mayk Pompeo ABŞ-ın Dövlət katibi postunda olarkən Rusiyanın xarici və daxili siyasətini və bununla bağlı digər ölkələrin Kremlə münasibətini tənqid edib.
Belə ki, 2019-cu ildə o, NATO-ya Rusiyanı ölkədə avtoritarizm təhlükəsinə görə ləyaqətli tərəfdaş kimi qəbul etməməyə çağırış edib.
"Rusiyanın dünyada terrorçuluqla mübarizə və ya düynada azadlıq, çiçəklənmə və iqtisadi rifahın yüksəldilməsi kimi ümumi təşəbbüslərimizdə ləyaqətli tərəfdaş olacağını düşünmək, Rusiyanın ABŞ və ya Avropa ölkələri ilə hətta uzaq tərəfdaş olacağını düşünmək ağılzıslıq olardı", - o, deyib.
İyul ayında Pompeo Ukrayna barəsində özünün "quzğun planını" ifadə edib, bu plana silah tədarükünün artırılması və Rusiyanın energetika sektoruna qarşı sərt tədbirlər daxil olub.
Tam oxu
Xəbəri oxu