Pompeo yüksək vəzifəyə gətirilir CBS

10.11.2024

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Keçmiş dövlət katibi Mayk Pompeo ABŞ-ın yeni müdafiə naziri ola bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə CBS Nyus çıxış edib.

Nəşrin mənbəsinin məlumatına görə, Tennessi ştatından respublikaçı senator Bill Hagerti (ABŞ-ın Yaponiyadakı keçmiş səfiri) dövlət katibi, ABŞ Milli Kəşfiyyatının direktoru Con Ratkliff isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini tuta bilər.

Qeyd edək ki, bundan öncə “Politoko” nəşri senatorlar Rubio və Hagerti, eləcə də Qrenellin dövlət katibi vəzifəsinə namizəd olduqlarını yazmışdı, müdafiə naziri kimi isə senator Tom Kotonun adı hallanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью