Pompeydə antik irslə müasir popu birləşdirən layihə

03.08.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

İngilis pop rəssamı Filip Kolbert Pompey antik şəhərinə 30 nəhəng xərçəng heykəli gətirərək ən böyük layihəsini təqdim edib.
Kulis.az xəbər verir ki, "Philip Colbert in Pompeii: Pop Mythology" adlı sərgidə antik irs ilə müasir pop mədəniyyəti arasında dialoq qurulur.
Rəssamın paslanmayan poladdan hazırladığı nəhəng fiqurlar antik evlər, sütunlar və məbədlər arasında yerləşdirilib.

Bu layihə təxminən 30 illik fasilədən sonra Pompey Arxeoloji Parkında təşkil olunan ilk müasir heykəltaraşlıq sərgisidir.
Qeyd edək ki, Filip Kolbertin bu unikal sərgisi 2027-ci ilin əvvəlinə qədər ziyarətçilər üçün açıq olacaq.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə məxsusi təqdimat Şəhriyarın həyatını dəyişən qadın – Pəri haqqında bilinməyən faktlar Artıq adamlar - Anton Çexovun hekayəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью