Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıdakı cavab qarşılaşması barədə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, ukraynalı forvard mübarizənin ağır keçəcəyini vurğulayıb:
“Zənnimcə, çətin oyun olacaq. Əsas hədəfimiz meydandan qələbə ilə ayrılmaqdır. “Qarabağ”a qarşı oynamaq əlavə motivasiyadır? Sözsüz. Mən keçən mövsüm onların oyunlarını izləyirdim. Bizi həm maraqlı, həm də gərgin matç gözləyir. Qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışıq. Birazdan məşqə çıxıb qazonun vəziyyəti ilə tanış olacağıq. İnanıram ki, yaxşı oyun izləyəcəyik”.
Tərəflər arasında keçirilən ilk matçda Kiyev təmsilçisi minimum hesabla üstün olub (1:0).