Ponomaryov nikbindir: “Tezliklə bu işin bəhrəsini görəcəyik”

29.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan yığması Millətlər Liqasında Litva ilə heç-heçə edib – 1:1.

Millinin veteran futbolçusu İqor Ponomaryov yığma ilə bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:

– Litva ilə heç-heçəni qənaətbəxş hesab etmək olar?
– Milli komanda Millətlər Liqasında mübarizəyə yeni başlayıb. Buna görə də çıxışını indidən qiymətləndirmək tezdir. Hazırda görünən odur ki, yığmamız müsbət nəticə qazanmaq üçün əlindən gələni edir. Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram.

– Milli D Liqasında Litva və Lixtenşteynlə mübarizə aparır. Liderlik şanslarını necə dəyərləndirirsiniz?
– Şanslarımızı yaxşı qiymətləndirirəm. Fikrimcə, yığmamızın bu qrupda uğurla çıxış etmək üçün kifayət qədər potensialı var. Əsas məsələ həmin potensialı meydanda göstərmək və nəticəyə çevirməkdir.

– İlk oyundan sonra tənqidlər çox oldu. Sizcə, millidə gələcəyə ümidlə baxmağa əsas yaradacaq məqamlar var?
– Gələcəyə nikbin baxmaq üçün əsaslar var. Amma bu nikbinliyi nəticələrlə doğrultmaq üçün çalışmaq lazımdır. Düşünürəm ki, milli komandamızın məşqçilər heyəti bunun üzərində işləyir və inanıram ki, tezliklə bu işin bəhrəsini görəcəyik.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью