Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Qidalanma üzrə mütəxəssis və dietoloq Tim Spektor həzm sistemi və bəzi təhlükəli xəstəliklərin qarşısının alınması üçün gözlənilmədən faydalı olan məhsulu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Onun sözlərinə görə, liflə zəngin ən yaxşı məhsullardan biri popkorndur. 100 qram popkornda təxminən 14,5 qram qida lifləri var. Bu isə bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini tənzimləyir və xroniki xəstəliklərin riskini azaldır.
Spektor qeyd edib ki, lif qəbulunun az da olsa artırılması ürək sağlamlığına müsbət təsir göstərə bilər. O, daha faydalı olması üçün şəkərsiz və yağsız popkorn seçməyi tövsiyə edib. Həmçinin rasiona lobya, moruq, avokado və noxud kimi liflə zəngin digər qidaların da əlavə edilməsini məsləhət görüb.
Aytəkin TOFİQQIZI