Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avstraliya yığmasının baş məşqçisi Toni Popoviç Türkiyə millisinin çox istedadlı futbolçulara sahib olduğunu bildirib.
Milli.Az xəbər verir ki, o, iyunun 14-də Türkiyəni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.
Popoviç qeyd edib ki, rəqib komanda matç boyu təhlükəli vəziyyətlər yaradıb və onlara qarşı daha diqqətli müdafiə olunmalı idi. Bununla belə, Avstraliya müəyyən zonalarda rəqibi sıxışdırmağı bacarıb.
Baş məşqçinin sözlərinə görə, əksəriyyət oyunun favoriti kimi Türkiyəni görsə də, komandasının qələbəsi ciddi nəticə olub. O, həmçinin qarşıdakı ABŞ ilə oyuna hazırlaşdıqlarını vurğulayıb.