Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son dövrlər kütləvi formada Azərbaycana gətirilən arıqlama çayları ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan məhsulların tərkibində güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkarlanıb.Həmçinin, son zamanlarda arıqlama çaylarından zəhərlənmə faktları da müzakirələrə səbəb olub.Əsasən, xaricdən idxal olunan və sosial şəbəkə reklamları ilə satılan arıqlama çayları arasında ən məşhur olanları “Tiens Slimming Tea”, “Teacurry 28 Day”, “Herbalife” çayları, “Hyleys Slim Tea”, “Detox Fit Tea 28 Days”, “Rapid Fire Slim Lemon Herbal Tea” kimi brendlərdir.Bəs qadınlar arasında populyar olan bu arıqlama çayları, həqiqətən, işə yarayırmı?
1 ayda 10 kq-dək çəki atmaq mümkündürmü?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, arıqlama çayları və arıqlama həbləri biznes maraqları çərçivəsində hazırlanmış "məhsullardır":“İstehlakçıları aldatmaq üçün ən çox istifadə etdikləri üsul bu çayların bitki mənşəli olmasıdır.
Amma məhsulun bitki mənşəli olması o demək deyil ki, məhsul zərərsizdir.
Çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, həm də yan təsirləri var.
Əgər bitki mənşəli çay arıqlamağa səbəb olursa, bu, orqanizmin normal və təbii prosesinin müdaxilə yoluyla pozulması deməkdir.
Bəzən bu vasitələr insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal və qusma halları yaradır ki, bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsi və eyni zamanda, bağırsaq mikroflorasının pozulması ilə nəticələnir.
Belə olan halda insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avto-immun xəstəliklərin yaranmasına birmənalı şəkildə səbəb olur.