Populyar film ekranlara qayıdır

19.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"28 il sonra" filmi ABŞ və Kanada kinoteatrlarında yenidən nümayiş olunacaq.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu, yaxın zamanda filmin yeni hissənin ekranlara çıxacağı ilə əlaqədardır.

Zombi dramının təkrar nümayişləri mayın 21-də, yalnız bir gecə həyata keçiriləcək.

Təkrar buraxılışa həm film özü, həm də bonus kadrlar daxil edilib. Tamaşaçılara, həmçinin seriyanın yeni hissəsindən fraqmentlər nümayiş etdiriləcək.

Xatırladaq ki, "28 il sonra" 2002-ci ildə istehsal olunub, rejissoru Deni Boyl olub. Film 28 gün ərzində zombi virusu ilə əhatə olunan Böyük Britaniyadan bəhs edir.

"28 il sonra" adlanan yeni hissə iyunun 20-də kinoteatrlarda çıxacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью