Poqba harda məşq edir?

25.11.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pol Poqba ilə bağlı yeni məlumat yayılıb: onun məşq yeri məlum olub.
Bir sıra media mənbələri onun sabiq klubu “Mançester Yunayted”də məşq etməyə hazırlaşdığını iddia etmişdi. Lakin bu məlumat doğru deyil. 31 yaşlı yarımmüdafiəçi Mayamidə məşq edir və yeni təkliflər gözləyir.
Xatırladaq ki, Pol fevralın 29-da antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Onun orqanizmində testosteronun səviyyəsinin yüksəldiyi aşkarlanmışdı. Oktyabrda fransalının diskvalifikasiya müddəti 18 aya endirilib.
O, gələn ilin martında meydana qayıda biləcək. Buna baxmayaraq, Poqbanın sonuncu klubu “Yuventus” ilə müqaviləsi pozulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью