Poqba İngiltərənin bu klubuna keçməyə yaxındır

29.11.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yuventus"la yollarını ayıran Poqba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.

Xəbərə görə, daha öncə İngiltərədə "Mançester Yunayted"in uğurları üçün çalışmış Poqbanın xidmətində "Fulhem" maraqlıdır. Mənbə sözügedən futbolçunun İPL-də oynamaq variantına isti yanaşdığını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də İdman Arbitraj Məhkəməsi dopinq testi müsbət nəticələndiyi üçün 4 il müddətinə diskvalifikasiya edilən Poqbanın cəzasını 1,5 ilə endirib. Bu isə o deməkdir ki, Pol gələn ilin martından rəsmi matçlarda oynaya bilər.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью