Poqba İstanbul nəhənginə keçməyə yaxındır

13.11.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa millisi ilə 2018-ci ildə keçirilən dünya çempionatının qalibi adını qazanan Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sabah" qəzeti yayıb.

Xəbərə görə, 31 yaşlı yarımmüdafiəçinin "Qalatasaray"a keçməyə yaxındır. Mənbə Poqbanın xidmətinin menecerlər vasitəsi ilə İstanbul klubuna təklif olunduğunu vurğulayıb.

Xatırladaq ki, dopinq testi müsbət nəticələndiyi üçün 4 il müddətinə diskvalifikasiya edilən Poqbanın cəzası İdman Arbitraj Məhkəməsi tərəfində 1,5 ilə endirilib. Hazırda "Yuventus"a məxsus olan oyunçu gələn ilin martından rəsmi matçlarda oynamaq hüququna malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью