Poqba klub axtarışında

17.11.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Pol Poqba "Mançester Yunayted"in bazasında məşq etməyəcək. Sport24 az xəbər verir ki, fransız futbolçunun özünə yeni komanda axtarışında olduğu və "Yunayted"in diqqətini çəkmək üçün "Karrinqton" bazasında məşq etmək istədiyi deyilsə də o, Mançesterə getməyəcək.

Təcrübəli yarımmüdafiəçi hədəfi Avropa olmadığına görə məşq prosesini Mayamidə keçirəcək. Hazırda Poqba MLS və Səudiyyə Ərəbistanı variantını nəzərdən keçirilir.

"Yuventus"la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verən oyunçu mart ayında dopinq qadağası başa çatdıqdan sonra futbol oynaya biləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью