Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün cəzalandırılması haqda danışıb.
QOL.az xəbər verir ki, cəzası mart ayının 11-də başa çatan 32 yaşlı futbolçu bunları deyib: "Dörd illik qadağa alsaydım, futbol oynamağı dayandırardım.
Bunu ictimaiyyətə açıqlamaq istəməzdim, amma belə düşünürdüm. Topu götürüb küçədə öz-özümə futbol oynayırdım.
Əlimdə olanlarla kifayətləndim. Amma Turində qalmaq istəmirdim. Səhər uşaqları məktəbə aparırdım. Məktəb məşq meydançasının düz yanında idi.
Ona baxmaq məni incidirdi. Mənə niyə əvvəlcə 4 illik verdilər, başa düşmədim. Niyə?! Mənə maksimum müddətdə cəza təyin etdilər.
Bu o deməkdir ki, mənim onlara söylədiyim heç nəyə qulaq asmadılar. Başıma gələn hər şey məni dəyişdi.
Mən real həyatın necə olduğunu gördüm. Bu tam yenilənəmə kimi idi. Birdən-birə 10 yaş böyüdüm".