Poqba MLS klubu ilə danışıq aparır

29.04.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Yuventus”dan ayrılan Pol Poqba karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi MLS təmsilçisi “Di Si Yunayted”lə danışıq aparır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Poqbanın son klubu “Yuventus” olub. O, daha əvvəl “Mançester Yunayted”də çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью