Poqba Monako dan gedə bilər

08.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Poqba "Monako"dan gedə bilər

"Monako"nun baş direktoru Tyaqo Skuro Pol Poqbanın yay transfer pəncərəsində komandadan ayrıla biləcəyini açıqlayıb.

QOL.az xəbər verir ki, "L'Équipe" nəşrinin məlumatına görə, Skuro 33 yaşlı yarımmüdafiəçinin gələcəyinin fiziki durumu və baş məşqçi Filipe Luisin qərarından asılı olacağını bildirib.

Baş direktorun sözlərinə görə, Poqbanın komandada qalıb-qalmayacağına meydandakı performansı əsasında qərar veriləcək. 

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm "Monako"nun heyətində cəmi 6 oyunda meydana çıxıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью