Poqba “Monako”da nə vaxt debüt edəcək?

12.11.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pol Poqbanın başı dərddən qurtulmur. O, yenidən zədələnib.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Monako”nun baş məşqçisi Sebastyan Pokonyoli bildirib. Onun sözlərinə görə, təcrübəli yarımmüdafiəçi cümə axşamı məşqdə xəsarət alıb və komandasının növbəti hazırlıq prosesində iştirak etməyib. Polun bu səbəbdən Fransa çempionatnın 14-cü turunun “Paris” ilə oyunda iştirakı mümkün olmayıb.
Xatırladaq ki, fransalı dünya çempionu oktyabrın əvvəlində də zədələnmişdi. Bu səbəbdən Poqba hələ ki “Monako”da debüt edə bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью