Poqba özünə klub tapa bilmir Marsel də imtina etdi

02.04.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa 1-ci liqa təmsilçisi "Marsel" Pol Poqba ilə müqavilə imzalamaq istəməyib.

Sportal.az xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, Fransa millisinin keçmiş yarımmüdafiəçisini "Olimpik" klubunun prezidenti Pablo Lonqoriyaya təklif ediblər, lakin o, bu variantdan imtina edib. Poqbanın "Mançester Yunayted"ə qayıtması isə tamamilə mümkün deyil. Daha öncə, Poqbanın MLS təmsilçisi "İnter Mayami" ilə anlaşdığı iddia olunurdu.

32 yaşlı futbolçunun dopinqə görə diskvalifikasiyası mart ayında başa çatıb. Hazırda o, azad agent statusundadır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью