Poqba Ronaldo ilə komanda yoldaşı ola bilər

11.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yuventus”la yollarını ayıracağı gözlənilən Pol Poqba karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb. Daha öncə oyunçunun adı “Marsel” və “Los Anceles” ilə hallanırdı.

“Əl Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo forma geyinir.

Poqba ötən ilin avqustundan yaşıl meydanlardan kənardadır. O, dopinq testi pozitiv çıxdığı üçün futboldan diskvalifikasiya olunub. Poqba 2025-ci ilin martında yenidən yaşıl meydanlara qayıda bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью