Poqba Rusiya klubunda? Özü açıqladı

22.01.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa yığmasının sabiq yarımmüdafiəçisi Pol Poqba gələcək planlarından danışıb.

Fanat.Az xəbər verir ki, fransalı futbolçu "Twitch"-in canlı yayımında bu barədə belə deyib:

“Maraqlı təkliflər də var, o qədər də maraqlı olmayanlar da. Sizə bir misal deyim: Rusiyada oynamaq mənim məqsədim deyil. Mənim başqa hədəflərim var.

Çempionlar Liqasında çıxış edən klubda oynamaq istərdim. Əgər təklif gəlirsə, niyə də olmasın? Mən ilk 5 liqada oynamaq istəyirəm, amma bu, təkcə məndən asılı deyil”.

Poqba ilə "Torpedo"nun maraqlandığı bildirilir. 

Qeyd edək ki, 31 yaşlı fransalı antidopinq qaydalarını pozduğuna görə il yarımlıq cəzalanmışdı. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью