Poqba Türkiyə klubuna təklif olundu İdmanXəbər

13.11.2024

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransalı futbolçu Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Qalatasaray” klubu maraqlıdı.31 yaşlı yarımmüdafiəçinin meneceri Poqbanı İstanbul klubuna təklif edib.

Qeyd edək ki, dopinqə görə diskvalifikasya olunan futbolçunun cəzası 4 ildən 18 aya endirilib. O, mart ayından yaşıl meydanlara çıxa biləcək.

Poqba 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью