futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Monako” Fransa Liqa 1-də XIII turda “Renn”in qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, “Monako”nun yayda heyətinə qatdığı Pol Poqba bu görüşdə komandada debüt edə bilər. Yarımmüdafiəçinin səfər görüşündə ən pis halda, ikinci hissədə meydana çıxacağı qeyd edilib.
32 yaşlı fransalı futbolçu 2023-cü ildə dopinqdə istifadəyə görə 18 aylıq futboldan uzaqlaşdırılmışdı. O, cəzası bitdikdən sonra “Monako” ilə 2 illik müqavilə imzalayıb.