Poqba yenidən zədələndi

11.08.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba növbəti dəfə zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə Fransanın “Nice-Matin” nəşri məlumat yayıb.

33 yaşlı futbolçu komandanın İngiltərədə keçirilən mövsümöncəsi hazırlığı zamanı məşqlərin birində xəsarət alıb. Sol bud nahiyəsində ağrı hiss edən Poqba yerə yıxılıb və məşqi davam etdirə bilməyib. Daha sonra onun zədələnən nahiyəsinə sarğı tətbiq olunub.

Hələlik fransalı yarımmüdafiəçinin zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlardan nə qədər uzaq qalacağı açıqlanmayıb.

Qeyd edək ki, Pol Poqba 2025-ci ilin yayında dopinqə görə cəzasını başa vurduqdan sonra “Monako”ya keçib. O, ötən mövsüm Fransa klubunun heyətində 6 rəsmi matçda meydana çıxıb, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

“Nottingem Forest”dən 40 milyonluq transfer Premyer Liqada futbolçu mübadiləsi Vlahoviç addım-addım “Beşiktaş”a - İllik 8 milyon avro Lukaku “Fənərbaxça”ya keçir - Razılıq əldə olundu “Çelsi” qapıçısını Liqa 1-ə göndərdi - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью