Poqbanı bu kluba təklif etdilər

04.06.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Dopinq cəzası səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan Pol Poqba karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Monako”ya təklif olunub. Bu barədə “Foot Mercato” məlumat yayıb. Poqba menecerlər tərəfindən Liqa 1 təmsilçisinə təklif olunub, klub isə hələ qərar verməyib.

Poqba ötən ilin yayında dopinq testi müsbət çıxdığı üçün 4 illik diskvalifikasiya edilmişdi. Daha sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsi oyunçunun cəzasını 18 aya endirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью