Poqbanın yeni klubu bəlli olub

25.03.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azad agent olan fransalı yarımmüdafiəçi Pol Poqba futbola qayıtmağa hazırlaşır.

İdman.biz xəbər verir ki, "Fichajes" 32 yaşlı futbolçunun "İnter Mayami"yə keçməyə qərar verdiyini bildirir.

Məlumata görə, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Poqbanın qərarına Lionel Messinin "İnter"də olması da təsir edib.

Onun son klubu "Yuventus" olub və onun müqaviləsi ötən ilin oktyabrında ləğv edilib. Futbolçu daha əvvəl "Mançester Yunayted"də də çıxış edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью