Poqosyan: Bakı ÇL dədir, İrəvan isə yoxdur Video

12.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Cəmiyyətin bir hissəsi deyir ki, Ermənistan Azərbaycan üçün kiçik və əhəmiyyətsiz ölkədir. Yəni onlar bizi məğlub ediblər və biz onlar üçün təhdid mənbəyi ola bilmərik.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Poqosyan Pressklub TV-də jurnalist Elçin Şıxlının sualını cavablandırarkən deyib.

“Azərbaycan ekspertlərinin birinin mənə dediyi kimi, futbol termini ilə danışsaq, Ermənistanla Azərbaycan əvvəlcə Avropa Liqasında idilər, amma indi Azərbaycan Çempionlar Liqasındadır. Ermənistan isə orda yoxdur. Çempionlar Liqasında İsrail, İran, ABŞ və Rusiya var”, - Poqosyan bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью