Poroşenkonun oğlu axtarışa verildi

04.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynada eks- prezident Pyotr Poroşenkonun oğlu Aleksey ərazi çağırış məntəqəsinə gəlmədiyi üçün axtarışa verilib.
Teleqraf.com xəbər ve rir ki, bu barədə Ukrayna kanallarına istinadən “Country Politics” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Aleksey ərazi çağırış məntəqəsinə iki dəfə - sentyabrın 4-də və oktyabrın 21-də çağırılıb, lakin hər iki halda o, zəngə məhəl qoymayıb.
Məlumdur ki, Petro Poroşenkonun oğlu ehtiyatda olan leytenant hərbi rütbəsinə malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью