Poroşenkonun oğlu axtarışa verildi

05.12.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey Poroşenko hərbi komissarlığa gəlmədiyi üçün axtarışa verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Bildirilir ki, Aleksey iki dəfə - sentyabrın 4-də və oktyabrın 21-də hərbi komissarlığa çağırılıb, lakin o, hər iki çağırışa məhəl qoymayıb. Məlumata görə, o, ehtiyatda olan leytenantdır.

Qeyd olunub ki, Aleksey Poroşenko həyat yoldaşı və iki uşağı ilə birlikdə ya Londonda, ya da Sinqapurda yaşayır. O, atasından miras qalan Ukraynada yerləşən ailə biznesini uzaqdan idarə edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью