Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Almaniyanın lüks avtomobil istehsalçısı "Porsche" şirkəti idarəetmə və inzibati sahələrdə 4000-ə qədər əməkdaşın ixtisarını gündəmə gətirib. Bu addım şirkətin fəaliyyətini daha səmərəli təşkil etmək məqsədi daşıyan genişmiqyaslı yenidənqurma planının tərkib hissəsi kimi qiymətləndirilir.
XQ-nin məlumatına görə, hazırlanan proqramın iyul ayının sonunadək açıqlanması planlaşdırılır. Şirkət bu qərarı əsasən Çin bazarında satış və maliyyə göstəricilərinin zəifləməsi, eləcə də son dövrdə həyata keçirilən iri investisiyaların yaratdığı maliyyə yükü ilə əlaqələndirir.