Porsche nin satışları 10 faiz azaldı

16.01.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın idman avtomobilləri istehsalçısı "Porsche"nin ötən il satışları 10% azalaraq 279.449 minə enib.

Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Qeyd edilib ki, 2024-cü ildə bu rəqəm 310.718 min olub.

Satışların azalmasının əsas səbəbi Çinin avtomobil bazarındakı yavaşlama və "718 Boxster" və "718 Cayman" modellərinin istehsalının dayandırılması olub.

Hesabat dövründə Çində satışlar 26% azalaraq 41.938-ə enib. "Porsche"nin ümumi satışlarında elektrikli nəqliyyat vasitələrinin payı isə ötən il 22%-ə qədər artıb,/İqtisadiyyat.az

Oxunub 36

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью