“Porsche” velosiped istehsalını dayandırdı FOTO

20.12.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın “Porsche” şirkəti velosiped istehsalını dayandırıb.

Avtosfer.az xəbər verir ki, ştutqartlı istehsalçı 3 il əvvəl Niderlandın Pon qrupu ilə birgə elektrikli velosiped hazırlamağa başlamışdı. Bu gün isə şirkət fikrini dəyişib və istehsalı dayandırıb. 
Hələlik bu qərarın verilməsinin səbəbi rəsmi şəkildə açıqlanmır. Lakin, avropalı avtomobil jurnalistləri bunu həm “Porsche”nin maliyyə vəziyyətinin pisləşməsi, həm də məhsulun bahalığı ilə izah edirlər.  Bəzi velosipedlərin qiyməti 15 min avroya (30 000 AZN) çatır.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью