Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Porsche”də genişmiqyaslı ixtisar planı.
Banco.az xəbər verir ki, Almaniyanın iqtisadiyyat qəzeti “Handelsblatt”ın xəbərinə görə “Volkswagen”in genişmiqyaslı yenidənqurma planı qrupun lüks avtomobil markası olan “Porsche”də əlavə olaraq 4 mindən çox iş yerinin ixtisar edilməsini nəzərdə tutur.
“Handelsblatt”ın əldə etdiyi məlumata görə “Volkswagen”in tarixində ən böyük yenidənqurma prosesinə başlamaq üçün şirkətin Müşahidə Şurasının yaxın vaxtlarda əldə etdiyi razılaşmanı sənədləşdirən materiallarda markanın təxminən 700 milyon avroluq (803,8 milyon dollar) əlavə xərclər kəsirini aradan qaldırmaq məqsədilə “təxminən 4 100 əməkdaşın” işdən çıxarılması təklif olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!