“Porsche”dən retro dönüş

16.10.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Porsche Mission S” konseptini təqdim edib. Model analoq göstəriciləri, fiziki düymələri və mərkəzi ekran əvəzinə telefon tutacağı ilə seçilir.

“Bakupost” xəbər verir ki, ortadan yerləşdirilmiş benzin mühərrikinə malik konsept 911-dən daha yuxarı mövqedə yer ala biləcək yeni super idman avtomobili ailəsinin dizaynına işıq salır.

“Mission S”in salonunda beş dairəvi analoq göstərici və fiziki idarəetmə düymələri var. Mərkəzi ekranın əvəzinə “Apple MagSafe” dəstəkli, gizlədilə bilən telefon tutacağı nəzərdə tutulub.

Konseptin seriya istehsalına buraxılıb-buraxılmayacağı və satış tarixi hələ açıqlanmayıb.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью