Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın lüks avtomobil istehsalçısı olan “Porsche” genişmiqyaslı restrukturizasiya planına başlayır.
Lent.az xəbər verir ki, şirkətin müşahidə şurası yeni proqramı təsdiqləyib və Almaniya mətbuatının məlumatına görə, 2035-ci ilədək ümumilikdə 9 minə yaxın iş yerinin ixtisar edilməsi nəzərdə tutulur.
Qərarın Çində satışların kəskin azalması, elektromobil bazarında artan rəqabət və yüksək tarif xərcləri ilə əlaqədar qəbul edildiyi bildirilir.